«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan hərbi-hava qüvvələri (HHQ) Rusiya-Hindistan birgə istehsalı olan 5-ci nəsil FGFA (Fifth Generation Fighter Aircraft) qırıcılarının planlaşdırılmış satınalma həcmini 2 dəfə azaltmaq barədə qərar qəbul edib. Bu barədə xəbəri «Tribune» qəzeti yayıb.
Qəzetin məlumatına görə, HHQ yalnız qırıcıların 3 eskadrilyasını formalaşdırır ki, onların da hər birində 18 ədəd Rusiya-Hindistan birgə istehsallı təyyarələr yer alacaq. Eyni zamanda, bir neçə təyyarə də pilatların hazırlanması üçün sifari ediləcək. Beləliklə, ümumilikdə 65 FGFA qırıcısı alınacaq. Bu da ilkin plan üzrə nəzərdə tutulandan (127 təyyarə) demək olar, 2 dəfə azdır.
Qəzet onu da qeyd edir ki, birgə layihə üzrə işlərin aparılması ilə eyni vaxtda guya ki, Hindistan Rusiyaya 5-ci nəsil çoxyunksiyalı (çoxtəyinatlı) T-50 qırıcıları satmağı da təklif edib.
Məlumat üçün bildirək ki, FGFA qırıcıları məhz T-50 qırıcı təyyarələrinin bazasında yaradılır.
Bundan əvvəl Hindistanın müdafiə nazirliyi xəbər vermişdi ki, Rusiy-Hindistan birgə istehsalı olacaq 5-ci nəsil qərıcılarının yaradılmasına ən azı, 8 il vaxt lazım gələcək, ilk partiyaların alqı-satqısı isə 94 aydan sonraya - sınaq-konstruktor işlərinin başlanmasından sonrakı mərhələyə planlaşdırılıb.
Sınaq-konstruktor işlərinin aparılması üçün saziş isə hələ imzalanmayıb. Sənədin imzalanması gələn ildə gözlənilir. Müdafiə nazirliyi dəqiqləşdirib ki, artıq Hindistan təyyarələrin ilkin layihələşdirilməsinə demək olar, 15 milyard rupi (250 milyon dollar) vəsait yatırıb.


Şərhlər