Menu

Ermənilər Ağdamda yenidən yanğın törədiblər

13.08.2015, 17:10

mese-yanginiAğdamın işğal olunmuş Baş Qərvənd kəndinin ərazisində bu gün də ermənilər tərəfindən yanğın törədilməsi müşahidə olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Baş Qərvənd ərazi vahidliyinin Bayramlar kəndində bu gün güclü yanğın törədilib. Yandırılan ərazilərdə hətta irigövdəli ağacların da alova büründüyü aydın görünür.

Havanın küləkli olması isə yanğının miqyasının getdikcə artmasına səbəb olur.

Xatırladaq ki, avqustun 11-dən etibarən ermənilər Ağdamın işğal altındakı Baş Qərvənd kəndinin ərazilərində yenidən yanğınlar törətməyə başlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol