Çinin pul vahidi yuanın dəyərini dollar qarşısında üç gündə üç dəfə devalvasiya etməsinin, orta və uzun perspektivdə ölkənin neft tələbatını artıracağı bildirilir.
İqtisadçılar hesab edirlər ki, Çin devalvasiyanı ölkənin ixrac gücünü artırmaq məqsədilə həyata keçirir. Artan ixracın Çinin iqtisadi inkişafına təkan verəcəyi və bunu da neftə tələbatı artıracağı gözlənilir.
Çin Mərkəz Bankı,yuanın dəyərində son üç gündə cəmi 4,6 faiz devalvasiya edib.
Qeyd edək ki, Çinin devalvasiya qərarından sonra neft bahalaşır. Bu gün brent neftinin barelinin qiyməti 50 dollardan yuxarı qalxıb. /"Marja"


Şərhlər