Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını öldürməkdə təqsirli bilinən Bərdə rayon sakini Cəlal Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Cəlal Qurbanov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Cəlal Qurbanovu ilin martın 22-də evdən çıxaraq Bakıya gələn qızı, 1985-ci il təvəllüdlü Zərintac Qurbanovanı Sabunçu rayonu ərazisində qətlə yetirib. Zərintac Qurbanova aldığı bıçaq zərbələrindən sonra qanitirmədən hadisə yerindəcə keçinib. Cəlal Qurbanov cinayəti törətdikdən sonra cinayət aləti olan bıçağı götürərək Sabunçu Polis Şöbəsinə gedib və təslim olub. O, cinayəti törətməsinin səbəbi kimi qızının son zamanlar tüfeyli həyat sürməsini göstərib. Zərintac Qurbanova Sabunçu rayonu ərazisindəki kafelərin birində işləyib.


Şərhlər