Menu

Azərbaycanın axtarışa verdiyi iki nəfər Pakistanda tutuldu

14.08.2015, 11:16
Azərbaycanın axtarışa verdiyi iki nəfər Pakistanda tutuldu

Sabah Pakistandan 10 xarici vətəndaş deportasiya ediləcək. "Report" Pakistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Çaundri Nisar bildirib.

Nazirin sözlərinə görə, ölkədən çıxarılacaq şəxslər arasında Azərbaycan və Özbəkistan vətəndaşları da var.

Onlardan ikisi müxtəlif işlərlə bağlı Azərbaycan hökuməti tərəfindən "İnterpol" xəttilə axtarışdadır.

Qeyd edək ki, bir müddət əvvəl Pakistan DİN Qana, Nigeriya və Qırğız Respublikası vətəndaşlarını ölkədən deportasiya edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol