Menu

Aeroportdan şəhərə yeni avtobuslar fəaliyyətə başladı

14.08.2015, 14:52
Aeroportdan şəhərə yeni avtobuslar fəaliyyətə başladı

Heydər Əliyev adına beynəlxalq hava limanından şəhərin mərkəzi istiqamətində "Bakubus” MMC-yə məxsus avtobuslar ekspress xətt üzrə fəaliyyətə başlayıb.

"Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekspress avtobuslar səhər saat 6-dan gecə saat 12-dək hava limanı – "28 May” metro stansiyası və əks istiqamətdə "Koroğlu” metro stansiyası yaxınlığındakı dayanacaqda 1 dəqiqə dayanma fasiləsi ilə 30 dəqiqə intervalla xidmət göstərir.

"Bakubus”un ekspress avtobuslarından istifadə etmək üçün sərnişinlər hava limanının 1-ci və 2-ci terminallarının çıxışındakı dayanacaqlara yaxınlaşa bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol