Xarici KİV-in məlumatına görə, Latviya hökuməti dindar müsəlman qadınların çadraya bürünməsinə icazə verib, amma bir şərtlə: Dəsmal (çadra) latış milli naxışları ilə işlənməlidir! Bu məlumatı ölkənin Avropa işləri üzrə parlament komissiyası yayıb («Exo Moskvı»).
Bu günlərdə Latviya Prezidenti Raymond Beyonis müsəlman qadınların üzünü örtən baş örtüyü barədə kütləvi diskusiyalara start vermişdi. Onun fikrincə, bu addımı ona görə atmaq lazımdır ki, artıq Latviyada müsəlman cəmiyyəti formalaşır. Qonşu Estoniyada isə çadranının ləğvi təklif olunub.
Bundan əvvəl isə məlum olub ki, Baltikyanı ölkələr Avropa İttifaqına gəlib çıxmış Afrikalı qaçqınların bir hissəsini qəbul etməli olacaqlar.
AzPolitika.info


Şərhlər