Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya hökuməti əmtəə dövriyyəsinin kiçik olması və aktiv münasibətlərin yoxluğu səbəbindən dolayı Gürcüstanı genişləndirilmiş «kontrsanksiya ölkələri» siyahısına daxil etməmək qərarına gəlib. Məlumatı Rusiya hökumətinin mətbuat xidməti yayıb («Exo Moskvı»).
«İndiki halda Rusiya və Gürcüstan rasında aktiv münasibətlər və yüksək əmtəə dövriyyəsi yoxdur. Digər ölkələrdən fərqli olaraq, Gürcüstan hökumətinin Rusiyaya qarşı həyata keçirdiyi tədbirlər əhəmiyyətsizdir» - deyə, KİV-in «nə üçün Gürcüstan ərzaq embarqosu altına düşən genişləndirilmiş kontrsanksiya ölkələri siyahısına daxil edilməyib» sualına cavab olaraq, mətbuat xidməti izah edib.
Məlumatda daha sonra deyilir: «Bununla əlaqədar olaraq, qərar qəbul olunub ki, bu ölkəni bəzi kənd təsərrüfatı məhsulları istehsalçılarının Rusiyaya məhsul ixracına qadağa qoyulmuş ölkələr siyahısına daxil etməyə ehtiyac yoxdur».
AzPolitika.info


Şərhlər