Menu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

14.08.2015, 19:07

yanginBakıda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Tələt Şıxəliyev küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən 16 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb və yanğın söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol