Menu

Şəkidə yenidən yanğınlar başlayıb, bir ferma tamamilə yanıb

14.08.2015, 19:33

[caption id="attachment_46885" align="alignleft" width="300"]arxiv foto arxiv foto[/caption]

Şəkinin Oğuzla həmsərhəd kəndlərində yenidən yanğınlar başlayıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 16 radələrindən başlayaraq Şəkinin Oğuzla həmsərhəd olan Aşağı Kəldək və Aşağı Daşağıl kəndlərinin inzibati ərazisində yenidən biçilmiş taxıl, quru ot və kol-kos sahələrində yanğınlar başlayıb. Yanğın saat 18 radələrinə 80 hektardan yuxarı ərazini əhatə edib. Yanğının söndürülməsinə FHN-nin Şəki, Qax, Oğuz, Qəbələ, Yevlax rayonlarının və Mingəçevir şəhər DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.

Yerli sakinlərin APA-ya verdiyi məlumatına görə, yanğın ərazidə olan üç fermaya da keçib. Fermalardan biri artıq təmamilə yanıb. Yanğının söndürülməsinə kənd sakinləri də cəlb olunub. Yanğınlar hazirda davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol