Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Çin yaxın 3 ildə islahatlar həyata keçirməli və milli valyuta olan yuanın kursunun tənzimlənməsindən imtina eləməlidir.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, təşkilat Pekinin bu həftə yuanın dollara nisbətdə kursunu 3% aşağı salmasını alqışlayıb. Lakin BVF o qənaətdədir ki, yuanın sərbəst dövriyyəsi üçün daha ciddi dəyişikliklər qaçılmazdır.
“Madam ki, Çin dünya maliyyə sisteminə getdikcə daha çox inteqrasiya edir, o zaman milli valyutanın məzənnəsinin bazar mexanizmləri ilə tənzimlənməsi olduqca vacibdir”, - deyə təşkilat nümayəndəsi Karkus Rodlauer Pekində jurnalistlərlə söhbətində söyləyib.
BVF-ə görə, Çin islahatlara getməyə razılaşmazsa, o halda iqtisadiyyatının kiçik templərlə artımı ilə barışmalı olacaq.


Şərhlər