Menu

Sadaxlıda Ermənistan vətəndaşı saxlanılıb

15.08.2015, 14:54
Sadaxlıda Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstanın DİN və Maliyyə Nazirliyi əməkdaşları Sadaxlı gömrüyündə Ermənistan vətəndaşını saxlayıblar. Musavat.com gürcü informasiya qaynağına istinadən xəbər verir ki, Frunzik adlı, 1947-ci il təvəllüdlü erməni mövcud qaydalarını pozmaqla sərhəddən odlu silah keçirməkdə suçlanır.

Təhqiqat müəyyən edib ki, saxlanılan Ermənistan vətəndaşı məntəqədən Gürcüstana “Valter” sistemli odlu silah və 10 döyüş patronu keçirib. Hüquq mühafizəçiləri silahı onun avtomobilinin salonundan götürüblər.

Saxlanılan erməni günahını etiraf edib. Təhqiqat davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol