Menu

PKK hərbi maşını partlatdı - 3 şəhid, 6 yaralı

15.08.2015, 18:56
PKK hərbi maşını partlatdı - 3 şəhid, 6 yaralı

PKK terrorçuları Türkiyənin Bingöl vilayətində hərbi maşını partladıb. "Report"un "Hürriyyət"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 hərbçi şəhid olub, 6 əsgər yaralanıb.

Belə ki, terrorçular Bingölün Karlıova rayonunun təxminən 30 kilometrliyindəki Hacılar səmtində zirehli hərbi nəqliyyat vasitəsinin keçidi zamanı yola əvvəlcədən döşədikləri uzaqdan idarə edilən bombanı partladıblar.

Məlumatda həmçinin hazırda ərazidə Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında silahlı qarşıdurmanın baş verdiyi, yaralıları xəstəxanalara qaldırmaq üçün bölgəyə Karlıovadan təcili tibbi yardım maşınları göndərildiyi qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol