Menu

"Qarabağda müharibə yenidən başlaya bilər" - Pol Qobl

15.08.2015, 19:55
"Qarabağda müharibə yenidən başlaya bilər" - Pol Qobl

"Mən dəqiqliklə əminəm ki, bu gün Ermənistanda nə baş verirsə, Ukraynada baş verənlər ilə oxşardır."

Bunu SalamNews-a açıqlamasında amerikalı politoloq Pol Qobl Ermənistanda “Talana yox!” hərəkatının növbəti etiraz aksiyasına hazırlaşmaları barədə xəbərə münasibət bildirərkən deyib.

Politoloq bunları deyib: “Rəsmi İrəvan Moskvadan dəstək alaraq hazırdır ki, bu kimi aksiyaların qarşısını almaq üçün konkret addımlar atsın. Bu isə vəziyyətin daha təhlükəli səviyyəyə çatacağına işarədir. Digər mümkün variantlardan biri də budur ki, rəsmi İrəvan qısamüddətli kiçik müharibə strategiyasını həyata keçirə bilər. Belə ki, Ermənistan hökuməti öz əhalisinin diqqətini yönəltmək üçün Dağlıq Qarabağ münaqişəsini yenidən qızışdıra bilər. Bundan sonra isə Rusiya Ermənistana müxalifətin aksiyalarını yatırmaq üçün kömək edə bilər”.

Xatırladaq ki, Ermənistanın baş naziri Ovik Abramyanın hökumətin böyük biznes qurumları üçün elektrik enerjisi tariflərinin artımını ödəməyəcəyi barədə açıqlamasından sonra “Talana yox!” hərəkatı yenidən aksiyalar keçirməyi qərara alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol