Ukrayna KİV-nin məlumatına görə, bu ölkənin ərazisində Rusiya ordusunun mayor rütbəli zabiti saxlanıb. O, özünün rusiyalı mayor kimi tanınması üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib («Exo Moskvı»).
Xəbər verilir ki, Ukrayna Dövlət Təhlükəsizlik Xidməti (UDTX) rusiyalı mayorun Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış videomüraciətini internetdə yayıb. Moskva hələlik buna hər-hansı reaksiya verməyib.
Rusiya silahlı qüvvələrinin mayoru Vladimir Starkov Ukrayna-Rusiya sərhədində saxlanıb. Ukrayna hakimiyyət dairələri xəbər verir ki, mayor Starkov silah-sursatla yüklənmiş KAMAZ markalı yük maşınında gedirmiş. Starkovun özü «Avronyus»-a verdiyi müsahibədə bəyan edib ki, saxlanma anında o, Rusiya Federasiyası silahlı qüvvələrində mayor rütbəsində hərbi xidmət keçirmiş. Onu Novoçerkasskdan (Rostov vilayəti) Donetskə yola salıblar.
Starkovun sözlərinə görə, Ukraynanın şərqində böyük qismi zabitlərdən ibarət olan 2 minə yaxın rusiyalı hərbçi var.
AzPolitika.info


Şərhlər