Menu

Avropa katolikləri Yaxın Şərq xristianlarının müdafiəsinə qalxdı

15.08.2015, 22:49
Avropa katolikləri Yaxın Şərq xristianlarının müdafiəsinə qalxdı

Xarici mənbələrin məlumatına görə, bu gün Avropa katolikləri Yaxın Şərqdəki xristianların müdafiəsinə həsr olunmuş mitinq keçirmək qərarına gəliblər («Exo Moskvı»).

Xəbərdə deyilir ki, bu gün Avropanın müxtəlif şəhərlərində eyni vaxtda kilsə zəngləri çalınacaq. Aksiyanın təşəbbüskarı Lion şəhərinin dindarlarıdır. Onların bu ideyası tezliklə Fransanın bütün katolikləri tərəfindən dəstəklənib, bundan sonra isə Avropanın müxtəlif kilsələrindən dəstək gəlib.

Qərara alınıb ki, bu gün Fransanın, Belçikanın, İsveçrənin, İspaniyanın, Lüksemburqun və hətta Kanadanın onlarla katolik kilsəsində eyni vaxtda zənglər çalınsın.

Bu ölkələrin dindarları ibadətə yığışıb, kütləvi təqiblərə və ilk növbədə, «İslam dövləti» qruplaşması tərəfindən təqiblərə məruz qalmış Yaxın Şərq xristianları ilə həmryəy olduqlarını ifadə etmək məqsədilə dua oxuyacaqlar. Onlar iddia edirlər ki, sözügedən qruplaşmanın üzvləri xristianları öz evlərindən qovur və hər gün onları digər dinə qulluq etdikləri üçün edam edirlər.

Xəbərdə deyilir ki, son vaxtlar belə təqiblərin nəticəsi olaraq, yüz minlərlə xristian İraq və Suriya ərazilərini tərk etmək məcburiyyətində qalıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol