Menu

İndoneziyada regional reys edən sərnişin təyyarəsi «itib»

16.08.2015, 17:26
İndoneziyada regional reys edən sərnişin təyyarəsi «itib»

Xarici KİV-in məlumatına görə, İndoneziyada regional marşrut üzrə uçan sərnişin təyyarəsi ilə əlaqə kəslib. Təyyarədə 54 nəfərin olduğu bildirilir («Exo Moskvı»).

Məlumatda deyilir ki, ikimühərrikli turbovintli ATR-42 sərnişin layneri Sentani aeroportundan (İndoneziyanın Papua vilayəti) havaya qalxandan təxminən, yarım saat sonra radardan «yoxa çıxıb». Bu məlumatı milli axtarış və xilasetmə Agentliyi öz «Twitter» səhifəsindən yayıb.

Təyyarə «Triqana Eyr» şirkətinə məxsusdur və kiçik yerli Oksibil aeroportuna (Papua-Yeni Qvineya sərhədi yaxınlındakı dağlıq ərazi) uçurmuş. Geolokasiya servisinin məlumatına görə, bu reys təxminən, 50 dəqiqə uçuş vaxtı aparır.

Milli axtarış və xilasetmə Agentliyi xəbər verir ki, təyyarədə 5-i uşaq olmaqla, 49 sərnişin və 5 nəfər ekipaj üzvü olub.

Təyyarədən son siqnalın eşidildiyi rayona xilasedicilər göndərilib. «Frans-Press»-in xəbərinə görə, İndoneziya nəqliyyat nazirliyində qeyd edirlər ki, pis hava şəraiti xilasetmə əməliyatını çətinləşdirir. Faciənin baş verdiyi ehtimal olunan rayonda artıq hava qaralıb və güclü buludluq müşahidə olunur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol