Menu

Sabah Azərbaycan ərazisində yağışlı hava şəraiti proqnozlaşdırılır

16.08.2015, 17:43
Sabah Azərbaycan ərazisində yağışlı hava şəraiti proqnozlaşdırılır

Bakıda və Abşeron yarımadasında isə havanın dəyişkən buludlu olacağı gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına görə, havanın temperaturunun gecə 23-26, gündüz 32-36 dərəcə olacağı ehtimalı var.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə olacaq.

Azərbaycanın bölgələrində isə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol