Menu

Azərbaycan elektrik enerjisi ixracını azaldıb

16.08.2015, 22:09
Azərbaycan elektrik enerjisi ixracını azaldıb

Azərbaycan 2015-ci ilin yanvar-iyul aylarında 210,76 milyon kilovat/saat elektrik enerjisi ixrac edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında deyilir.

Ötən ilin ilk yeddi ayında isə 383,45 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Azərbaycanın ixrac etdiyi elektrik enerjisi 2015-ci ilin yeddi ayında 12,8 milyon, 2014-cü ilin ilk yeddi ayında isə 18,6 milyon dollar dəyərində olub.

2014-cü ildə Azərbaycan 588,32 milyon, 2013-cü ildə isə 595,67 min kilovat/saat elektrik enerjisi ixrac edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol