Menu

Təyyarəsi itən aviaşirkət Avropa İttifaqının «qara siyahısı»nda imiş!

16.08.2015, 22:42
Təyyarəsi itən aviaşirkət Avropa İttifaqının «qara siyahısı»nda imiş!

Xarici mənbələrin xəbərinə görə, Papua vilayətində (İndoneziya) təyyarəsi yoxa çıxan «Triqana Eyr Servis» İndoneziya avişirkəti sən demə, hələ 2007-ci ildən Avropa İttifaqının (Aİ) «qara siyahısı»nda imiş («Exo Moskvı»).

«BBC»-nin məlumatına görə, bu şirkət 1991-ci ildən üzübəri təyyarələrlə bağlı 14 ciddi insident yaşayıb, 10 layneri itirib.

Bundan əvvəl xəbər vermişdik ki, «ATR-72» layneri 49 sərnişini və 5 ekipaj üzvü ilə birlikdə bu gün radarların ekranlarından «yoxa çıxıb».

Verilən son xəbərə görə, ATR 42 sərnişin təyyarəsinin qalıqları tapılıb. Sərnişinlər və bütün ekipaj üzvləri həlak olub. Bu barədə İndoneziya rəsmiləri məlumat yayıblar. 

Xəbərlərə görə, qəza baş verən rayonda hava şəraiti olduqca əlverişsiz olub. İlkin məlumatlara görə, təyyarə dağa çırpılıb.

Aviaşirkətdən bildirilib ki, təyyarədə 44 nəfər böyük adam, 5 uşaq və südəmər körpə, 5 ekipaj üzvü olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol