Menu

Nazir "Ferrari" ilə təyyarəni ötdü - Video

16.08.2015, 23:50
Nazir "Ferrari" ilə təyyarəni ötdü - Video

Rusiyanın Omsk vilayətində keçirilən “Sibir qanadı-2015” avia-avto festivalında maraqlı hadisə baş verib.Axar.az xəbər verir ki, “Avanqard” xokkey klubunun kapitanı Denis Kulyaş qeyri-adi yarış üçün özünün “Ferrari 458 İtalia” avtomobilini təqdim edib.

Avtomobilin sükanı arxasında isə Omsk vilayətinin idman naziri və avtoyarış idmanı üzrə idman ustası Aleksandr Fabrisius əyləşib.

İdman nazirinin startda tərəddüd etməsinə baxmayaq, o təyyarəni ötə bilib.

Bundan başqa “Sibir qanadı-2015” yarışında “Toyota-supra” avtomobili ilə yüngül motorlu “Cessna” təyyarəsi yarışıb. Təyyarə az fərqlə avtomobili keçə bilib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol