Neft qiymətlərinin düşməsinin daha da dərinləşəcəyi gözlənilir.
Son altı ilin ən aşağı səviyyəsinə qədər geriləyən neft qiymətləri, güman edildiyindən daha pis ola bilər.
Bu ilin İyun ayının əvvəlindən bu yana 30 faiz ucuzlaşan ABŞ xam nefti (Qərbi Texas növü xam nefti) 1983-cü ildən bu yana ən böyük tənəzzülünü qeyd etməyə hazırlaşır.
Neft, nə 2008-dəki qlobal maliyyə böhran zamanı, nə 1998-dəki Asiya iqtisadiyyatının süqutu zamanı, nə də 1986-dakı təklif bolluğu dövründə bu qədər düşmüşdü. Neft qiymətlərinin aşağı düşməsi, 21 faiz endiyi 2011-ci ildəki çöküşü də keçmiş vəziyyətdədir.
Qərbi Texas növü xam nefti Cümə günü altı ilin ən aşağı səviyyəsi olan 41,35 dollar səviyyəsinə qədər geriləmişdi. "Citigroup"a görə, qiymətlər böyük ehtimalla daha da aşağı düşəcəkdir.
"Citigroup"un enerji strategiyası üzrə direktoru Seth Kleinman, "Yay aylarında neft emalı zavodları daha sürətli işləyir, yəni xam neft tələbatı ola biləcəyi ən yaxşı səviyyədədir" - deyib.
Normal dövrlərdə, artan səyahətlərin benzin istehlakında yaratdığı yüksəliş və kondisioner istifadəsindəki artımla neft tələbatının artması gözlənilir. Ancaq bazar payını qorumağa qərarlı olan ən böyük OPEC üzvlərinin istehsalı demək olar ki, rekord səviyyələrdədir. ABŞ-da istehsal da qiymətlərin aşağı düşməsinə və quyuların sayının azalmasınaa baxmayaraq yüksək qalmaqda davam edir. Bu da qiymətlərdəki çöküşün davam etməsinə səbəb olur.
Kleinman, neft bazarında təklif bolluğunun aşkar olduğunu və zavodların təmirə dayanması ilə vəziyyətin daha da pis olacağını" deyib.
"Gary Shilling"in sədri Gary Shilling Cümə günü Bloomberg kanalına verdiyi müsahibəsində, OPEC-in başladığı "qiymət müharibəsi" səbəbilə xam neftin qiymətinin 10 dollara qədər düşəcəyini söyləmişdir.
"OPEC bunu deyir: İstehsalı azaltmayacağıq, kim aşağı qiymətlərə daha uzun müddət dözə biləcək, görəcəyik. Neft 10 ilə 20 dollar arasında doğru gedir", - o deyib.
Qeyd edək ki, ABŞ nefti ilə Brent nefti arasında qiymət fərqi 6-7 dollar olur. /"Marja"


Şərhlər