Menu

Bakıda yanacaqdoldurma məntəqəsində insident: polis əməkdaşı xəsarət alıb

17.08.2015, 12:00

Polis_bolmesi_031012Bakıda yanacaqdoldurma məntəqəsində insident olub.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “ABU” yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Mahir Məmmədov yanacaqdoldurma məntəqəsində insident yaradıb. Bu zaman yanacaqdoldurma məntəqəsində xidmət aparan, polis əməkdaşı Fikrət Ağayev onu intizama dəvət edib. M. Məmmədov polis əməkdaşına zor tətbiq edərək xəsarət yetirib. F. Ağayev Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol