Menu

Azərbaycanda dəhşətli qəza: ölənlər və xeyli yaralı var

17.08.2015, 14:26
Azərbaycanda dəhşətli qəza: ölənlər və xeyli yaralı var

Cəlilabadda ağır yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 17-də saat 01 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndində qeydə alınıb. Rayon sakini Ramiz Şükürovun və Vüqar Həziyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə hər 2 sürücü və V.Həziyevin 4 sərnişini, habelə R.Şükürovun 1 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rasim İbişov və Rəvan Həziyev orada ölüblər

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol