Menu

Pərviz Həşimlinin atası Ramiz Rzayevə müraciət etdi

17.08.2015, 18:45
Pərviz Həşimlinin atası Ramiz Rzayevə müraciət etdi

"Övladımın işinin obyektiv araşdırılmasını istəyirəm"

13 saylı Cəzaçəkmə müəssəsində həbsdə olan jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimli Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayevə müraciət edib. Bu barədə Moderator.az-ı məlumatlandıran K.Həşimlinin sözlərinə görə, bu ayın sonunda Ali Məhkəmə sədri ilə görümək niyyətindədir:

"Ayın 28-də hörmətli Ali Məhkəmə sədri Mingəçevirdə vətəndaşlarla görüş keçirəcək. Mən də görüşdə iştirak etmək üçün müraciət etmişəm. Bundan başqa, R.Rzayevə ünvanladığım teleqramda P.Həşimlinin işinin heç bir məhkəmə instansiyasında ədalətli araşdırılmadığını da qeyd etmişəm və vurğulamışam ki, ədalətli məhkəmə prosesi heç bir günahı olmadığı halda ağır həbs cəzasına məhkum edilən övladımın günahsızlığını sübut edə bilər. Mən Ali Məhkəmənin sədrindən P.Həşimlinin işinin yenidən, obyektiv şəkildə araşdırılmasını xahiş etmişəm və ümid edirəm ki, mənim bu müraciətim hörmətli R.Rzayev tərəfindən nəzərə alınacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol