Menu

Güclü partlayış onlarla insanın həyatına son qoydu

17.08.2015, 19:46
Güclü partlayış onlarla insanın həyatına son qoydu

Kilsə yaxınlığında qeydə alınan güclü partlayışa motosiklə bərkidilmiş partlayıcı səbəb olub

Taylandın paytaxtı Bankoqda güclü partlayış baş verib.

Anspress-in məlumatına görə, Banqkokun mərkəzi Çidlom rayonunda kilsə yaxınlığında qeydə alınan partlayış zamanı azı 27 nəfər həlak olub, 78 nəfər insan yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə ərazidə xaos yaranıb, ətrafa insan bədənlərinin parçaları səpələnib.

Hadisə zamanı azı 80 nəfər xəsarət alıb

İlkin məlumata görə yerli vaxtla saat 19:00 baş verən partlayışa səbəb Eravan kilsəsi yaxınlığında motosiklə bərkidilən partlayıcının işə düşməsi olub.

Tay KİV-nin məlumatına görə polis ərazidə daha bir ədəd partlamayan bomba aşkar edib.

Eravan kilsəsi Banqkokun görməli yerlərindən hesab edilir. Kilsə yaxınlığında beş ulduzlu otel yerləşir.

Eravan kilsəsi partlayışdan öncə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol