Əsasən Azərbaycandan itehsal olunmadığına görə, bu malların alınması üçün xaricə küllü miqdarda valyuta çıxır.
“Marja” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında Azərbaycandan ən çox valyuta çıxaran malları sadalayıb. Təkcə 10 qrup üzrə mallar 7 ayda Azərbaycandan 4,44 milyard dolların çıxmasına gətirib çıxardıb.
1. Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – Bu mallar 2015-ci ilin 7 ayında Azərbaycandan 1,2 milyard dolların çıxmasına səbəb olub.
2. Nəqliyyat vasitələri və onların hissələri - Azərbaycana bu malların idxalına 992 milyon dollar sərf edilib.
3. Qara metallar və onlardan hazırlanan məmulatlar – Azərbaycana bu malların idxalına 914 milyon dollar sərf edilib.
4. Yeyinti məhsulları – Bu ilin 7 ayında xaricdən yeyinti məhsullarının idxlına 593 milyon dollar xərclənib. Bu vəsaitin 203 milyon dolları buğdanın alınmasına gedib.
5. Tütün və tütün məmulatları – 7 ayda xaricdən tütün və siqaretin alınmasına 178 milyon dollar ödəmişik.
6. Əczaçılıq məhsulları – 7 ayda əczaçılıq məhsullarının idxalı 158 milyon dollar aparıb.
7. Oduncaq və ondan hazırlanan məmulatlar – 142 milyon dolar aparıb.
8. Plastmas və onlardan hazırlanan məmulatlar – Belə mallar 7 ayda ölkəmizdən 125 milyon dolların çıxmasına səbəb olub.
9. Neft məhsulları - 73 milyon dollar aparıb.
10. Mebel və onun hissələri – 67 milyon dollar aparıb.


Şərhlər