Menu

"Rubl Sentyabrın sonunda rekord aşağı səviyyəyə enəcək"

18.08.2015, 16:48
"Rubl Sentyabrın sonunda rekord aşağı səviyyəyə enəcək"

Rusiyanın neftin aşağı düşməsinə dözə biləcəyinə investorları inandırmaq səylərini, istiqraz və valyuta bazarlarından dəstəkləyənlərin sayı azdır.

İlk rübdə rubl ilə bağlı ikinci ən doğru proqnozlarını verən Citigroup Inc. Rublun gələn ayın sonunda rekord aşağı səviyyəyə enəcəyini proqnozlaşdırıb və ölkə iqtisadiyyatını durğunluqdan xilas etmək məqsədi ilə Rusiya Mərkəzi Bankının əlavə faiz endirimi ehtimalını azaldıb.

Moskvadakı Citigroup iqtisadçılarından Ivan Tchakarov, "Rublunun zəifləməsi yumuşaq pul siyasətinə əngəl olacaq. Gözləmək məcburiyyətindədirlər" deyib.

Digər tərəfdən, Rusiyanın Mərkəzi Bankı, neftin barelinin 40 dollara düşməsi halında belə, büdcənin profisit verməyi davam edəcəyini bildirib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol