Rusiya KİV-nin məlumatına görə, Rusiya Federasiya Şurasının sədri Valenntina Matviyenkonun qidalanmasının təmin edilməsi xidməti üçün 2015-ci ilin dövlət büdcəsindən 1,2 milyon rubl vəsait ayrılıb. Bu rəqəm Rusiya Federasiyası dövdət satınalmaları saytında yer alıb.
Buradan göründüyü kimi, Matviyenko hər iş günü 5 min rublluq nahar edir. Belə ki, 2015-ci ildə Rusiyada 247 iş günü var.
Rusiya Feredasiya Şurası sədrinin qidalanmasının qiyməti barədə məlumat 12 dekabr 2014-cü il tarixdə Dövlət satınalmalarının rəsmi portalında yerləşdirilib. Satınalmanın müddəti 2015-ci il yanvarın 1-dən 31 dekabr 2015-ci il tarixə qədərki dövrü əhatə edir. Maliyyə mənbəyi qismində federal büdcə çıxış edir.
Qida məhsullarının alıcısı qismində Rusiya Federasiyası federal mühafizə xidməti, daha dəqiq, Xidmətin ərzaq və xidmət təminatı idarəsi çıxış edir.
Xəbər verildiyi kimi, cari ilin əvvəlində Dövlət Dumasının deputatları Duma yeməkxanasında qiymətlərin qalxmasından hiddətləndiklərini bildiriblər. Məsələn, Rusiya Liberal-Demokrat Partiyasından olan deputat Sergey İvanov bəyan edib ki, yeməkxanada bir boşqab sıyıq əvvəlki dövrlə müqayisədə iki dəfə bahalaşıb: «Əvvəl 20 rubl idi, indi 53 rula qalxıb».
AzPolitika.info


Şərhlər