Menu

Saakaşvili polis maşınının yük yerində - VİDEO

18.08.2015, 23:13
Saakaşvili polis maşınının yük yerində - VİDEO

Avqustun 18-də Odessa Dövlət Daxili İşlər Universitetində Odessa vilayətinin rəhbəri Mixail Saakaşvilinin iştirakı il yeni patrul polisinin təlimləri keçirilib. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, yeni polislərə tədris zamanı aldıqları bacarıqlar nümayiş olunub. Nümayişdə polislərlə birgə Odessanın qubernatoru M.Saakaşvili də iştirak edib.

Məlumata əsasən, M.Saakaşvili öz çıxışında patrul polisi əməkdaşlarının yüksək peşəkarlıq səviyyəsini vurğulayıb. Bundan başqa, Odessanın qubernatoru bildirib ki, peşəkar keyfiyyətlərə görə onlar Avropa və ABŞ polislərini qabaqlaya bilərlər.

Xatırladaq ki, Odessanın gələcək polislərinə amerikalı mütəxəssislərdən dərs alan kiyevli təlimatçılar təlim keçir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol