Menu

«Sanksiyaaltı ərzaq»ları kazak patrulları axtaracaq! - Sankt-Peterburqda

19.08.2015, 00:13
«Sanksiyaaltı ərzaq»ları kazak patrulları axtaracaq! - Sankt-Peterburqda

«Rosbalt» agentliyi yerli kazak İttifaqına istinadla xəbər verir ki, bundan sonra Sankt-Peterburqda «sanksiyaaltı ərzaq» məhsullarının axtarışı ilə kazak patrulu məşğul olacaq («Exo Moskvı»).

Belə patrulların iştirakçıları qadağan olunmuş qida məhsulları qeydə alınarkən, özləri polisi, prokurorluq əməkdaşlarını və digər məmurları çağıracaqlarını vəd edirlər. Kazaklar belə aksiyaları həftə ərzində bir neçə dəfə keçirməyi planlaşdırırlar.

Bu gün məlum olub ki, Baş prokurorluq qadağan olunmuş ərzaq məhsullarının gətirilməsi cəhdləri barədə məlumatları toplamaq məqsədilə «Qaynar xətt» açıb. İdarədən bildiriblər ki, artıq bununla bağlı 50-dən artıq müraciət daxil olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol