Vyetnam Mərkəzi Bankı, ölkə valyutası dongda 1 faiz devalvasiyaya getdiyini açıqlayıb.
Bank dongun istinad məzənnəsini (orta nöqtə) dollar qarşısında 21,890 səviyyəsinə zəiflədib. Bank əməliyyat dəhlizini isə, məzənnənin hər iki tərəfinə 3 faiz səviyyəsinə genişləndirib.
Vyetnam sözügedən qərarı ilə bu il üçüncü dəfə devalvasiyaya getmişdir.
Mərkəzi Bank məsələ ilə bağlı açıqlamasında "Vyetnamın daxili bazarı yuanın güclü devalvasiyası və Fedin faiz artıracağından çox narahatdır. Fedin faiz artırımının mümkün mənfi təsirlərinin qarşısını almaq üçün mərkəzi bank istinad məzənnəsində dəyişikliyə gedir, əməliyyat dəhlizini genişləndirir" ifadələrini istifadə edib. /"Marja"


Şərhlər