Menu

Bakıda "Lexus"da iki nəfərin ölməsinin sirri açıldı

19.08.2015, 14:04
Bakıda "Lexus"da iki nəfərin ölməsinin sirri açıldı

Hadisənin bəzi təfərrüatları məlum olub

Dünən gecə Bakı şəhərinin Nərimanov rayonunda baş vermiş dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub. Hadisə O.Salamzadə küçəsində yerləşən çoxmərtəbəli binanın qarajında baş verib.

Bildirilir ki, 22 yaşlı gənc, 1996-cı il təvəllüdlü qızla qarajda "Lexus" markalı avtomobildə olublar. Onlar avtomobilin salonunda olarkən kondisioneri qoşublar və zaman keçdikcə hava soyuducusunun buraxdığı zəhərli qaz maşının içinə dolub. Gecə saat 01:30 radələrində gənc oğlanın yaxınları qaraja gəliblər və burada faciəvi olayın şahidi olublar. Bəlli olub ki, gənc zəhərlənərək ölüb, gənc qız isə huşsuz vəziyyətdə qalıb. Bundan sonra qız isə Kliniki Tibbi Mərkəzin Toksikologiya mərkəzinə yerləşdirilib. (lent.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol