Menu

Apreldə batmış «Dalniy Vostok» trauleri tapılıb! - Oxot dənizində

19.08.2015, 15:01
Apreldə batmış «Dalniy Vostok» trauleri tapılıb! - Oxot dənizində

Rusiya KİV-nin məlumatına görə, bu ilin aprelində batmış «Dalniy Vostok» («Uzaq Şərq» - red.) trauleri Oxot dənizində aşkarlanıb. Cəmi su altında 250 metr dərinlikdə yerləşir. Məlumatı axtarışla məşğul olan şirkət yayıb («Exo Moskvı»).

Xəbər verilir ki, gəminin gövdəsinə baxış keçirmək və gələcək işlərin görülməsi üçün dərinliyə sualtı aparat göndərmək planlaşdırılır.

Qəzaya uğrayan anda gəmidə 132 nəfər olub. Onların 50 nəfəri həlak olub, 13 nəfəri isə itkin düşüb.

İlkin versiyaya görə, gəmi ovlanmış balıqla normadan artıq yükləndiyinə və su altındakı maneə ilə toqquşduğuna görə batıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol