Menu

Qarabağ qazisi müalicəsilikdən vəfat edib

19.08.2015, 16:00
Qarabağ qazisi müalicəsilikdən vəfat edib

Qaziler.az saytına verilən məlumat görə, bu gün səhər Tərtər rayonunun Səhləbad kəndində yaşayan II qrup Qarabağ Qazisi Hafiz Əziz oğlu İsmayılov Bakıda xəstəxanalardan birində dünyasını dəyişib. Ömrünün 45-46-cı ilini yaşasa da, uzun illər xəstəliklə çarpışan Qarabağ Qazimiz bu gün sonuncu gününü yaşadı. Mərhum uzun illər imiş ki, hepatit C xəstəliyindən əziyyət çəkirmiş.

Qaziler.az saytına məlumat verən Qarabağ döyüşçüsü Hafiz İsmayılovun qonşusu Vidadi Məmmədzadə bildirir ki, mərhum Tərtər rayonunun könüllü batalyonunda döyüşüb. Döyüşlərdə ağır yaralanan Hafiz İsmayılov bir gözünü itirib. Mərhumun başında güllə də qalıbmış.

V.Məmmədzadənin verdiyi məlumata görə, ötən illərdə bir neçə dəfə mərhumun müalicəsi üçün Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu da kömək edib. Son illərdə öz hesabına İran İslan Respublikasında müalicə alıb. Dünən qəfildən vəziyyəti pisləşib və onu Bakıya gətiriblər.

Mərhumun 3 övladı var. Onlardan biri bu il ali məktəbə daxil olub. Lakin gözünü əbədi yuman mərhum övladının bu sevincinə şərik ola bilmədi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol