Menu

Ukrayna müxalifəti Çerniqov şəhərini ələ keçirib

25.01.2014, 17:35
Ukrayna müxalifəti Çerniqov şəhərini ələ keçirib

Ukraynada daha bir vilayət mərkəzi müxalifətçilərin əlinə keçib. Mitinqçilər Çerniqov şəhərində vilayətin inzibati mərkəzinin binasını ələ keçiriblər.

Virtualaz.org saytı UNİAN agemtliyinə istinadən bildirir ki, aksiyaçılar binanın əsas giriş qapılarından birini sındırararq binaya soxulublar. Xalq deputatı Olqe Lyaşko bildirib ki, onların məqsədi Çerniqov Xalq Veçesinin qəbul etdiyi qətnaməni vilayət administrasiyasının rəhbərliyinə təqdim etməkdir. Həmin qətnamədə bildirilir ki, vilayət rəhbəri Vladimir Xomenko artıq vəzifəsindən qovulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol