Rusiya KİV-nin məlumatına görə, bundan sonra Rusiya rublu «özündənbəy» (tanınmamış) Luqansk Xalq Respublikasında (LXR) əsas valyuta olacaq («Exo Moskvı»).
Xəbər verilir ki, tanınmamış «LXR»-nın «nazirlər soveti» bu barədə qərar çıxardıb. Xəbəri «Luqanskinformsentr» internet nəşri yayıb.
Qeyd edilir ki, bu addım «LXR»-da pul-maliyyə sisteminin sabitləşdirilməsi məqsədi daşıyır.
AzPolitika.info


Şərhlər