Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi proses cinayət işində olan sənədlərin tədqiqi ilə davam etdirilib. Bəzi sənədlər elan olunub.
Daha sonra Xədicə İsmayılovanın vəkili Fariz Namazlı təkrar kompleks məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi və Bakı Vergilər Departamentinin aralıq aktını tərtib edən əməkdaşlarının prosesdə ifadə verməsi barədə vəsatətlər qaldırıb.
Məhkəmə ikinci vəsatəti təmin edib.
Prosesdə fasilə elan olunub.
Fasilədən sonra Bakı Vergilər Departamentinin vergi müfəttişi İmran Nurməmmədov ifadə verib. O, aralıq aktını hansı əsaslarla tərtib olunması barədə X. İsmayılova və onun vəkillərinin suallarını cavablandırıb.
Proses sabahadək təxirə salınıb.


Şərhlər