Menu

Qazaxıstan azad üzən məzənnə siyasətinə keçdi

20.08.2015, 10:29

tenge qazaxistan"Qazaxıstan yeni iqtisadi və tengenin azad üzən məzənnə siyasətinə keçir".

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş naziri Karim Masimov deyib.

"Bu ilin avqustun 20-dən inflyasiyanın hədəflənməsi və valyuta dəhlizini ləğv etmək məqsədilə yeni iqtisadi siyasətə keçməklə bağlı qərar qəbul edilib. Tengenin mübadilə məzənnəsinin dəyişməsi dünya iqtisadiyyatında baş verən proseslərdən asılı olacaq", - deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, bu addım dünya iqtisadiyyatında baş verən fundamental mənfi dəyişikliklər fonunda atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol