Menu

Suriyada müharibə tərəfləri ilk dəfə görüşdülər

25.01.2014, 18:43
Suriyada müharibə tərəfləri ilk dəfə görüşdülər

İngiltərənin “SKY news” televiziya kanalının verdiyi məlumata görə, Suriyadakı vətəndaş müharibəsində iştirak edən tərəflər arasında ilk dəfə görüş olub. Bu günkü görüşdən əvvəl Suriya XİN başçısı Valid Muallim ölkə üçün ən optimal variant kimi seçkilərin keçirilməsi çağrışı ilə çıxış edəcəyini bildirmişdi. Bu məsələ ilə əlaqədar isə Xarici İşlər nazirinin müavini Feysəl Makdad bunları bildirib:

“Böyük ümidlərimiz var. Ölkəmizə sülh gətirmək yolunda bu məsələni məhsuldar şəkildə geniş müzakirə edəcəyik. Biz gələcək Suriya üçün hansı yeni mərhələnin daha vacib olduğunu müəyyənləşdirmək istəyirik. Vətənimizi dağıdan və viran qoyan keçıd formalarını müzakirə edə bilmərik. Bizim çıxış yolu kimi yalnız bir reseptimiz və təklifimiz var - ədalətli, şəffaf seçkilər.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol