Qazaxıstanın Baş naziri Kərim Məsimov avqustun 20-dən etibarən tengənin üzən məzənnə rejiminə keçdiyini təsdiqləyib. Fins.az-ın məlumatına görə, bu səhər brifinq keçirən hökumət başçısı bildirib ki, " makroiqtisadi vəziyyətdən asılı olaraq, məzənnə həm yuxarı, həm də aşağı ola bilər».
Kərim Məsimov əlavə edib ki, dünyada müşahidə olunan mənfi tendensiyalar Qazaxıstan iqtisadiyyatına da təsir göstərir. Onların sırasında, ilk növbədə neftin qiymətinin düşməsidir. "Ona görə də ölkəmizdə maliyyə göstəriciləri korrektə olunmalıdır". Baş nazir qeyd edib ki, ölkə yeni vəziyyətdə yaşamağa vərdiş etməlidir. Kərim Məsimov əlavə ki, yaranmış vəziyyətdən çıxmaq üçün Hökumətin planı var. Plana biznesə dəstək, iş yerlərinin saxlanılması və s. daxildir. Baş nazir süni qiymət artımının qarşısını almaq üçün tədbirlər görməyi də tapşırıb.


Şərhlər