Menu

Neftin qiyməti 7 aylıq minimuma enib

20.08.2015, 17:40
Neftin qiyməti 7 aylıq minimuma enib

Dünya bazarında "Brent" markalı xam neftin qiyməti 7 ayın ən aşağı həddinə düşüb. "Report"un xarici mediaya istinadən verdiyi məlumata görə, hazırda birjalarda "Brent" markalı neftin bir barelinin qiyməti 46,57 dollara bərabərdir.

Bu göstərici bu ilin yanvarın 14-dən sonra ilk dəfə qeydə alınır. Həmin vaxt "Brent" markalı neftin dəyəri 45,56 dollar olub.

Məlumata görə, neftin belə ucuzlaşmasının səbəbi Federal Ehtiyat Sisteminin (FED) ötən gün ABŞ-ın iqtisadi şərtlərinin dolların uçot dərəcəsinin artması ehtimallarına cavab verməməsi deməsi və Çin iqtisadiyyatı ilə bağlı narahatlığını açıqlaması ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol