Menu

Kim Çen In müharibə əmri verdi

21.08.2015, 08:53
Kim Çen In müharibə əmri verdi

Şimali Koreya lideri Kim Çen Inın əmri ilə ölkədə bütün qoşunlar taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR-nın mərkəzi radiosu məlumat yayıb.

Məlumata əsasən, avqustun 21-i yerli vaxtla saat 17:000-dan etibarən Şimali Koreyanın bütün hərbi birləşmələri taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Qeyd edək ki, avqustun 20-də Kim Çen Inın sədrliyi ilə Koreya Xalq partiyası Mərkəzi Komitəsinin iclası keçirilib.

Xatırladaq ki, son günlər ərzində KXDR və Cənubi Koreya bir-birlərini ağır artilleriyadan atəşə tutublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol