Xarici KİV-in məlumatına görə, bu ilin əvvəlindən 400 min miqrant sığınacaq almaq üçün Avropa İttifaqının 28 ölkəsinə rəsmi xahişnamə ilə müraciət edib. Bu məlumatı Avropa Komissiyasının rəsmi nümayəndəsi Annika Braydthart yayıb (TASS).
«Ötən illə müqayisədə bu ilin iyul ayına miqrantların sayı 3 dəfə artıb. Yanvar ayından iyul ayının sonuna qədər 400 mindən artıq miqrant Avropa İttifaqı ölkələrində sığınacaq almaq üçün xahişnamə verib» - deyə, xanım Braydthart qeyd edib.
Bu zaman söhbət Avropaya gəlib çıxmış qeyri-leqal miqrantların ümumi sayından yox, yalnız rəsmi xahişnamə təqdim etmiş miqrantlardan gedir.
Braydthartın sözlərinə görə, miqrasiya probleminə oktyabr ayında Avropa İttifaqı Şurasının daxili işlər nazirlərinin görüşündə ətraflı şəkildə baxılacaq.
AzPolitika.info


Şərhlər