Xarici KİV-in məlumatına görə, Böyük Britaniya avqustun 23-dən başlayaraq İran İslam Respublikasında səfirliyinin fəaliyyətini bərpa etmək niyyətindədir. Bu barədə məlumatı «Əl-Ərəbi» qəzeti yayıb (TASS).
Qəzetin məlumatına görə, çoxillik fasilədən sonra nəhayət ki, krallığın diplomatik nümayəndəliyi öz qapılarını açacaq. Səfirliyin açılış mərasimində Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond iştirak edəcək.
Xatırladaq ki, Britaniyanın İran İslam Respublikasındakı səfirliyi 2011-ci ildə bağlanıb. Bu tarixdən başlayaraq, iki ölkə arasında diplomatik münasibətlər dayandırılmasa da, ən aşağı səviyyədə davam etdirilib. Belə ki, ölkələrin bir-birində səfirliyi və diplomatik nümayəndəliyi olmayıb. 2012-ci ilin iyulundan başlayaraq Britaniyanın İranda maraqlarını İsveçrə, İranın Britaniyadakı maraqlarını isə Oman təmsil edib.
AzPolitika.info


Şərhlər