Menu

"Eldar Namazovun istefası təbii qarşılanmalıdır”

26.01.2014, 12:05
"Eldar Namazovun istefası təbii qarşılanmalıdır”

“Mən isə Milli Şurada fəaliyyətimi davam etdirəcəm”

“EL” hərəkatının Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev Moderator.az-a açıqlamasında Eldar Namazovun Milli Şura sıralarını tərk etməsinə münasibət bildirib.

Baş verənləri normal qarşıladığını bildirən E.Quliyev, E.Namazovdan fərqli olaraq Milli Şurada fəaliyyətini davam etdirdiyini vurğulayıb: “Mən Milli Şurada fəaliyyətimi davam etdirirəm. Eldar Namazovun bu gün istefa verməsi də təbii qarşılanmalıdır. O, öz vaxtını daha çox “EL” hərakatının təşkilatı işlərinə sərf etmək niyyətindədir. Eləcə də, Milli Şurada qalanlara da uğurlar diləyir. “EL” hərəkatı İdarə Heyətinin qərarına görə üzvlərin Milli Şurada təmsilçilikləri fərdi qaydada müəyyənləşir. Yəni “EL”çilər kim necə istəyirsə, o cür də qərar vermək səlahiyyətindədirlər, Eldar Namazov da o cümlədən”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol