Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayıla dövlət ittihamçısı Ramazan Hadıyev 9 il həbs istəyib. Bu barədə Meydan TV-nin məhkəmədə olan əməkdaşı məlumat verib. Dövlət ittihamçısı bununla yanaşı jurnalistə dövlət və yerli idarəetmə orqanlarında 3 il vəzifə tutmamaq qadağasının qoyulmasını istəyib. Cəza hissəsində 364 manat məhkəmə xərcini ödəmək də yer alıb. Xədicə İsmayıl dövlət ittihamçısının çıxışına gülərək reaksiya verib.


Şərhlər