Təsəvvür edək ki, Bakıda bir müəllim cavan oğlandır, işə təzə başlayıb. Ayda 260 manat maaş alan bu müəllimin pulunu bir aylıq minimum ehtiyaclarına bölək: (Xərclər Bakıdakı ORTA qiymətlərlə hesablanıb)
Bakıda məsələn, Abşeron rayonunda orta məktəbdə dərs deyən müəllim təxminən 260 manatdan 320 manata qədər maaş alır. Əgər bir müəllimin 2 il əmək təcürbəsi varsa, üstəlik həm də sinif rəhbəridirsə və bir "stafka" yəni, 12 saat dərs deyirsə, onun aylıq əməkhaqqı 260 manat olacaq.
Amma müəllim təqribən 8 il əmək təcrübəsi qazanarsa, həm də sinif rəhbəri olarsa, bir "stafka" dərslə 320 manat əmək haqqı alacaq.
Hətta, ən ötəri hesablamada belə, 260 manat alan müəllimin faktiki ayın sonunu ya borc, ya da kreditlə çıxmalı olduğu görünür.Öne çıkarılmış görsel olarak belirle
Hələ, infoqrafikada bu müəllimin Bakıda kirayə qalmadığını, ailəli deyil, subay olduğunu düşünərək hesablama aparılıb.
Bu müəllimə çıxış yollarını hərə bir cür deyir. Məsələn, millət vəkili Hadı Rəcəblinin bu cür müəllimlərə fəhləlik etməyi məsləhət görməsi, bu ilin əvvəlində sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilmişdi.

Şərhlər