Menu

İntihara cəhd edən şəxs: "Kredit borclarımı ödəyin"

22.08.2015, 13:26
İntihara cəhd edən şəxs: "Kredit borclarımı ödəyin"

Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində intihara cəhd hadisəsi baş verib. “Report” saytının hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə qəsəbənin “Q” massivində 3 saylı binada baş verib.

Belə ki, şəxsiyyəti məlum olmayan kişi binanın damına çıxaraq oradan özünü atmaq istəyib. Həmin şəxs aşağıda yığışan insanlardan ona banklara olan külli miqdarda borcunu ödəmək üçün köməklik göstərməyi xahiş edib.

Hadisə yerinə çatan Fövqəladə Hallar Nazirliyinin (FHN) və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb edilib. İntihara cəhd etmək istəyən şəxslə qısa söhbətindən sonra onu fikrindən çəkindirmək mümkün olub. Adı açıqlanmayan şəxs Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol