Menu

Yaponiyadan Medvedyevin Kuril səfərinə sərt etiraz!

22.08.2015, 13:15
Yaponiyadan Medvedyevin Kuril səfərinə sərt etiraz!

Xarici KİV-in yaydığı məlumata görə, Yaponiya hökuməti Rusiyanın Baş naziri Dmitri Medvedyevin Kuril səfərinə qəti etirazını bildirib («Exo Moskvı»).

«İnterfaks» agentliyinin yaydığı məlumata görə, Yaponiya xarici işlər nazirliyi bəyan edib ki, bu səfər Tokionun mövqeyi ilə daban-dabana ziddiyyət təşkil edir və yapon xalqının hissələrini yaralayır.

Yaponiya KİV-ləri öz mənbələrinə istinadla xəbər verirlər ki, hökumət xarici işlər naziri Fumio Kisidin Rusiyaya səfərinin vaxtını dəyişə bilər.

Bundan əvvəl xəbər verilmişdi ki, o, avqustun sonlarında və ya sentyabrın əvvəlində Moskvaya gedəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol